Hadisə

Metroda problem — Qatarlar gecikir (YENİLƏNİB)

Metroda problem — Qatarlar gecikir (YENİLƏNİB)

B.Məmmədov saytımıza bildirib ki, artıq qatarlararası interval bərpa olunub. Hazırda qatarlar normal qrafiklə hərəkət edir.

*** 09:11

"Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması işarə sistemi işə düşüb. Maşinist vaqon qapısını yoxladaqdan sonra idarəetmə sistemini yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.

Bakı metropolitenindən Demokrat.az-a verilən məlumata görə, xətdə hərəkətin təşkilinə maneə yararmamaq üçün həmin qata digər, qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb.

“Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.

D
demokrat.az