Vaşinqtonda 2 gün davam edən NATO sammitinin yekun bəyannaməsi dərc edilib.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.
Alyans Ukraynanı “NATO üzvlüyü də daxil olmaqla, tam Avro-Atlantik inteqrasiya yolunda” dəstəkləməyə davam edəcəyini və müttəfiqlərin Ukraynaya minimum 40 milyard avro (43,28 milyard dollar) hərbi yardımı maliyyələşdirəcəklərini qeyd edib. Bunun gələn il təmin edilməsini planlaşdırıldığı bildirilib.
Bəyannamədə, müttəfiqlər razılaşdıqdan və şərtlər yerinə yetirildikdən sonra Ukraynaya Alyansa qoşulmaq üçün dəvət göndəriləcəyi təsdiqlənib və əlavə edilib:
“Biz Ukraynanın öz təhlükəsizlik tədbirlərini seçmək və xarici müdaxilə olmadan öz gələcəyini həll etmək hüququnu tam dəstəkləyirik. Ukraynanın gələcəyi NATO-dadır”.
Bəyannamədə BMT Nizamnaməsi də daxil olmaqla yanaşı, Ukraynadakı müharibəyə görə yalnız Rusiyanın məsuliyyət daşıdığı, Rusiya qüvvələri və rəsmilərinin insan hüquqlarının pozulması, hərbi cinayətlər və digər hüquq pozuntularına görə cəzasız qala bilməyəcəyi qeyd edilib.
Bəyannamədə terrorizmlə mübarizənin NATO-nun kollektiv müdafiəsinin olduğu vurğulanıb və əlavə edilib:
“Biz terrorçuların və terror təşkilatlarının yaratdığı təhdid və çağırışlarla qətiyyətlə mübarizə aparmağa davam edəcəyik”.
Bəyannamədə Qərbi Balkanlar və Qara dəniz bölgələrinin Alyans üçün strateji əhəmiyyətə malik olduğu da vurğulanıb və NATO-nun regionun təhlükəsizliyi və sabitliyini təmin edəcəyini vurğulanıb.
NATO-nun 75-ci Zirvə Toplantısına ev sahibliyi etdiyi üçün ABŞ-a təşəkkür edilərkən, 2025-ci ildə Hollandiyada keçiriləcək sammitdən sonra növbəti sammitin Türkiyədə keçiriləcəyi açıqlanıb.
Şahanə Xankişiyeva Demokrat.az


