Gündəm Özəl

“Şoka düşən insan "prob"dan da şoka düşür” — AÇIQLAMA

“Şoka düşən insan probdan da şoka düşür” — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, iyul ayının 8-i Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edən qadın ona sınaq üçün tətbiq olunan venadaxili inyeksiyadan sonra vəziyyəti ağırlaşaraq düşərək həyatını itirib. Məsələ ilə bağlı araşdırma aparılır. Lakin bir çox insanların dərmanlara qarşı həssas olduğu məlumdur. Bunu elmdə Anafilaktik Şok adlandırırlar.

Bəs, bu kimi halların qarşısının alınması üçün nə edək?

Mövzu ilə bağlı pediatr Nigar Abdullayeva bildirib ki, orqanizmin dərmana həssaslığını yoxlamaq üçün "prob" deyilən səhv bir anlayış var:

“Bəzi insanların müəyyən dərmanlara qarşı reaksiyası olur. Burada həkimin də günahı yoxdur. Bu kimi hallarda xəstənin şoka düşməsi, komaya girməsi ola bilir. Bəzən dərmanı sınaq etmək üçün "prob" qoyulur. Deyim ki, "prob"dan da şoka düşmə halları baş verir. O zaman xəstəxanalarda şok dərmanları olur, onlar tətbiq olunur. Bəzən onlar da kömək eləmir və reanimasiyon tədbirlərə ehtiyac olur.

Orqanizmin dərmana qarşı fərdi həssaslığını öncədən bilmək olmur. Həmin dərmanı tətbiq edərkən müəyyən edilir. Bunun üçün əvvəlcədən araşdırma aparılmalıdır. Bəzən aparılan tədbirlər də kömək edə bilmir. Deyirlər "prob" qoyulsun. Başqa ölkələrdə antibiotikə qarşı "prob" qoyulmur.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova