Xarici siyasət Özəl

Böyük Britaniyada parlamentə rekord sayda müsəlman daxil olub

Böyük Britaniyada parlamentə rekord sayda müsəlman daxil olub

İngiltərədə iyulun 4-də keçirilən ümumi seçkilər nəticəsində parlamentin aşağı palatası olan İcmalar Palatasına rekord sayda müsəlman daxil olub.

Demokrat.az "TRT Haber"ə istinadən xəbər verir ki, 25 müsəlman deputat parlamentə daxil olub.

2019-cu ildə keçirilən ümumi seçkilərdə 19, 2017-ci il seçkilərində isə 15 müsəlman namizəd parlamentə daxil olmaq hüququ qazandığı halda, 4 iyul seçkiləri nəticəsində parlamentə daxil olan müsəlman namizədlərin sayı 25 olub.

Böyük Britaniyada parlamentə rekord sayda müsəlman daxil olub

Təxminən 3,5 milyon müsəlmanın yaşadığı ölkədə 8 müsəlman millət vəkili ilk dəfə parlamentə daxil olub.

Müsəlman deputatlardan 18-i İşçi Partiyasından, 2-si Mühafizəkarlar Partiyasından və 1-i Liberal Demokrat Partiyasından İcmalar Palatasına daxil olub. Qəzzanı dəstəkləyən namizədlər arasından 4 müsəlman da seçilib .

Şahanə XANKİŞİYEVA Demokrat.az

NE
Nihadə Eyyubova