Misirdə 4 gündür axtarışda olan 8 yaşlı Məhəmməd adlı uşağın cəsədi Yuxarı Misirin Asit şəhərində bir əkin sahəsində əlləri kəsilmiş halda tapılıb.
Demokrat.az xəbər verir ki, polis qətllə bağlı araşdırmalara başlayıb və uşağın üç qohumunu saxlayıb.
Şübhəlilər qətli qeyri-qanuni qazıntıda qədim Misir xəzinələrinə çatmaq istəyən bir kəşfiyyatçıya uşağın əllərini satmaq üçün törətdiklərini bildirib.
BBC Arabic-ə danışan uşağın atası Əbu Əl Vəfa, “Polis araşdırmasından sonra oğlumun öz əmisi uşaqları, onunla oynayan və hətta mənimlə birlikdə axtaran qohumlarım tərəfindən öldürüldüyünü biləndə şoka düşdüm” deyib.
Qətl Misirdə sosial mediada böyük səs-küyə səbəb olub.
Ölkədə hiddətə səbəb olan qətlin “qədim məzarı qoruyan ruhu çağırdıqlarını” iddia edən saxta şeyxlər tərəfindən törədilmiş qətllərlə eyniləşdirilir.
Qeyd edək ki, son illər Misirdə digər oxşar cinayətlər də törədilib. 2021-ci ilin sentyabrında Misirdə bir kənddə bir gəncin öldürülməsi və əzalarının kəsilməsi xəbəri yayılıb.
Yerli mətbuatın məlumatına görə, gəncin əmisi, bibisi və əmioğluları qətli törətdiklərini etiraf edərək, gəncin cansız bədənini qədim məzarlardan birinin açılması üçün ruha qurban verdiklərini bildiriblər.
Qədim xəzinələri tapmaq istəyənlərin insan həyatını qurban verməsi Misirdə adi cinayətdir. Belə bir inanc var ki, məzarların sehrini pozmaq üçün orada olan “şeyxlərin” qarşısında qəbirlər açılmalıdır.
Şeyx olduqlarını iddia edən bu insanlar qədim türbəni qoruyan ruhu çağırdıqlarını iddia edirlər.
Bunun müqabilində külli miqdarda pul və qan qurban verilməsini istəyirlər.
Çox vaxt bu, heyvan qanı olsa da, amma bəzi “şeyxlər” insan qanının, hətta “uşaq” qanının daha təsirli olduğunu deyirlər.
Əfsanə Rəcəb Demokrat.az


