Antalyada meşə yanğını başlayıb.
Demokrat.az xəbər verir ki,Aksu rayonunda Murtuna məhəlləsi yaxınlarında çıxan yanğının səbəbi bilinmir. Küləyin təsiri ilə yanğın qısa müddətdə tarlalara, meyvə bağlarına və bölgədəki meşəyə yayılıb.
Yanğına 3 helikopter, 2 təyyarə, 4 yanğınsöndürmə maşını ilə müdaxilə edilir. İlkin məlumata görə, 2 prefabrik evə, 8 tarlaya, bəzı zeytin və üzüm bağlarına ziyan dəyib. Yanğınsöndürənlər yanğının nəzarət altına alınmasına çalışırlar.


