Daxili siyasət

YAP-ın səlahiyyətli nümayəndələrinin adları AÇIQLANDI

YAP-ın səlahiyyətli nümayəndələrinin adları AÇIQLANDI

Milli Məclisə keçiriləcək növbədənkənar seçkidə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin adları məlum olub.

Demokrat.azxəbər verir ki, partiyanın bu gün keçirilən iclasında YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə səlahiyyətli nümayəndələr kimi təyin ediliblər.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi təyin olunub. (Report)

D
demokrat.az