Hadisə Özəl

Sumqayıtda qadın sevgilisini döydü — TƏFƏRRÜAT

Sumqayıtda qadın sevgilisini döydü — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Pərvanə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Dadaşa (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib.

Pərvanə yaşadığı binanın blokunda şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Dadaşa yumruğu ilə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Pəravənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadəm verən Pərvanə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2023-cü ilin martından 2024-cü ilin fevralın sonuna kimi Dadaş ilə qeyri-rəsmi münasibəti olub:

“Dadaş qısqanc olduğu üçün ondan ayrıldım. Lakin Dadaş məndən əl çəkməyərək yaşadığım ünvana gəlib və mənimlə barışmaq istəyib. Hadisə günü, təxminən saat 09:55-də Dadaş yaşadığım ünvana gəldi, mənzilin qapısını döydü. Həmin vaxt mənzildə ailə üzvlərim olduğu üçün Dadaşa həyətə düşərək gözlməsini bildirdim. Dadaş mənimlə razılaşaraq aşağı düşdü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə dəqiqə sonra Dadaşın yanına gedib: “Dadaş mənim bayramımı təbrik etdi, məni sevdiyini, barışmaq istədiyini və məndən əl çəkməyəcəyini bildirdi. Mən onunla razılaşmadım. Evə qalxmaq istəyən zaman Dadaş mənə imkan vermədi. Buna görə də əsəbləşdim və yumruqla Dadaşın göz nahiyyəsinə vurdum. Dadaş gözünü tutan zaman yaşadığım evə getdim”.

İş üzrə zərərçəkmiş Dadaşın sözlərinə görə, Pərvanənin keçən ilin martından tanıyır: “Aramızda qeyri-rəsmi şəxsi münasibətlərimiz olub. Son zamanlar aramızda soyuqluq yarandı və Pərvanə məndən ayrılmaq istədiyini bildirdi. Mən ayrılmaq istəmədiyim üçün hadisə günü təxminən saat 09:55-də Pərvanənin yaşadığı ünvanına gəldim, mənzilin qapısını döydüm. Həmin vaxt Pərvanə mənzildə ailə üzvlərinin olduğunu, həyətə düşərək gözlməyimi bildirdi. Pərvanə ilə razılaşaraq aşağı düşdüm. Bir neçə dəqiqə sonra Pərvanə aşağı blokun qarşısına düşdü. Mən Pərvanənin bayramını təbrik etdim. Onu sevdiyimi və barışmaq istədiyini bildirdim. Pərvanə mənə fikir vermədi, evə qalxmaq istəyən zaman ona imkan vermədim. Bu zaman Pərvanə anidən yumruqla sol göz nahiyyəmə vurdu. Mən gözümü tutan zaman Pərvanə yaşadığı evə getdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pərvanənin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az