Crazy Toun rok qrupunun solisti Şifti Şellşokun ölüm səbəbi məlum olub.
Demokrat.az xəbər verir ki, iyunun 24-də dünyasını dəyişən 49 yaşlı musiqiçinin təsadüfən həddindən artıq dozada narkotik qəbul etməsindən dünyasını dəyişdiyi açıqlanıb.
Qrupun meneceri Howie Hubberman, Şellşokun ölümündə reseptli dərmanlar və narkotik maddənin birləşməsinin rol oynadığını söyləyib.
Məlum olub ki, Şellşok uzun illər narkotik asılılığı ilə mübarizə aparırmış.
Əfsanə Rəcəb Demokrat.az


