"Best FM"də Adəm Metanın qonağı olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan, sözləri Mustafa Hafiz İrmaka aid "Koklasam saçlarını ta fecre kadar" mahnısını oxuyub.
Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, Bilal Ərdoğan bu addımı 3 - 6 oktyabr tarixində Atatürk hava limanında keçiriləcək "Etnospor" mədəniyyət festivalına diqqətləri cəlb etmək üçün atıb.
Bilal Ərdoğanın bu çıxışı sosial mediada böyük maraqla qarşılanıb.


