Gündəm Özəl

Qlobal iqlim dəyişikliklərinin data əsaslı sığorta xidmətlərinə təsiri — AÇIQLAMA

Qlobal iqlim dəyişikliklərinin data əsaslı sığorta xidmətlərinə təsiri — AÇIQLAMA

Bu gün Bakıda sayca 10-cu Azərbaycan Beynəlxalq Sığorta Forumu ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) işə başlayıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarovaforumda vurğulayıb ki, sığorta bazarında növbəti istiqamətimiz korporativ və ya ümumi sektorial güc göstəricisi olan datadır.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında İKT üzrə ekspertElvin Abbasov bildirib ki, informasiya dövrü olduğu üçün artıq hər şey data halında saxlanılır:

“Beləliklə, dövrün tələbinə uyğun olaraq insanlar həm biznesdəki aktivlərini, həm də şəxsi müstəvidəki mülklərini sığortalayırlar”.

Elvin Abbasovun sözlərinə görə, qlobal iqlim dəyişikliyi çərçivəsində Azərbaycanda sığorta sahəsində fəaliyyət göstərən şirkətlər həm xidmətlərini artırırlar, həm də eyni vaxtda özlərini də sığortalayırlar:

“Bu il Azərbaycan üçün COP29 ilidir. Qlobal iqlim dəyişikliyi hər şeyə eyni miqyasda təsirini göstərir. Qlobal iqlim dəyişikliyinin təsiri artdıqca, bu rəqəmsal sahəyə də öz təsirini göstərir. Çünki artıq insanlar biznesdəki aktivlərini və şəxsi müstəvidəki mülklərini digər baş verə biləcək hadisələrə qarşı sığortalayırlar.

Bizbu gün COP29 çərçivəsindən baxsaq deyə bilərik ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da bu istiqamətdə ciddi işlər gözlənilir. Hazırda qlobal iqlim dəyişiliyi kimi kibertəhlükəsizlik də qlobal bir problemdir. Artıq hər bir ölkə ciddi şəkildə hər iki məsələ üzərində öz imkanlarını artırır və təhlükənin təsirlərini azaltmağa çalışır.

Təbii ki, sığorta bazarı bunların hər birində maraqlıdır. Çünki həm iqlim dəyişikliyi, həm ətraf mühitə, bizneslərə və aktivlərə dəyə biləcək zərərin qarşılığı sığorta sahəsindədir. Bütün proseslər artıq data müstəvisində qorunduğu üçün artıq rəqəmsal mühit və kibertəhlükəsizlik də, həmçinin, qlobal iqlim dəyişiliyi qədər əhəmiyətli bir məsələyə çevrilib”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova