Hadisə

DİN 14 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumatı araşdırır

DİN 14 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumatı araşdırır

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.

Demokrat.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

D
demokrat.az