Hadisə

Xəstə uşaq üçün yığılan pullar oğurlandı – Tale Heydərovun direktoru hadisəni ictimailəşdirdi (FOTO)

Xəstə uşaq üçün yığılan pullar oğurlandı – Tale Heydərovun direktoru hadisəni ictimailəşdirdi (FOTO)

Son zamanlar xəstəlikdən əziyyət çəkən uşaqlar üçün yığılan pulların hesab kartından oğurlanması adi hal alıb.

Demokrat.azxəbər verir ki, vətəndaşlar belə hallarla tez-tez üzləşir və bu cür hadisələrdən daha biri haqda"LİBRAFF" mağazalar şəbəkəsinin direktoruCəlalə Nəzəroğluməlumat yayıb:

"Dostlar, ağır xəstəlikdən əziyyət çəkən bir uşağın adına açılmış hesab kartındakı pullar oğurlanıb. Adam Filippindən yazdığını, köçürmə etmək istədiyini deyib. Kartın hər iki tərəfinin şəklini istəyib. Ana da çəkib, göndərib. Adam bütün pulu tamamilə başqa hesaba yönəldib.

Bir müddət əvvəl oxşar hadisə başqa ananın başına gəlmişdi. Gunay Resulova Pediatr bunu ictimailəşdirmişdi.

Kartınızın arxasındakı CVC kodunu heç kəsə verməyin. Ortalıqda qoyub getməyin. Kartınızın şəkli kifayətdir ki, onlayn qaydada istənilən ödəməni etsinlər. Ümumiyyətlə, belə hallar zamanı nə etmək lazımdır?

Cinayətkar necə tapılır? Bölüşün ki, hamı maariflənsin".

Demokrat.az

D
demokrat.az