Mədəniyyət

Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib — İşçilərin maaşları artırılıb

Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib — İşçilərin maaşları artırılıb

Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Mədəniyyət Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, aparıcı teatrların siyahısı aşağıdakı kimi müəyyən edilib:

1. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı; 2. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı; 3. Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı; 4. Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı; 5. Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası; 6. Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı; 7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.

Qərarla siyahıdakı teatrlarda çalışan işçilərin əməkhaqlarına 25 faiz əlavə müəyyən edilib.

D
demokrat.az