Region Özəl

Hakan Fidan efiopiya və belaruslu həmkarları ilə görüşdü

Hakan Fidan efiopiya və belaruslu həmkarları ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie və Belarusun xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, nazir BRİKS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində keçirilən BRİKS+ sessiyası üçün Rusiyanın Nijni Novqorod şəhərinə səfər edib.

Səfər çərçivəsində, o, Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie və Belarusun xarici işlər naziri Sergey Aleynik ilə ayrı-ayrılıqda görüşüb.

Görüşlərdə hansı mövzuların müzakirə olunduğu mətbuata açıqlanmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova