“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin “İdarəetmə bacarıqları” imtahanı baş tutub.
"Report" xəbər verir ki, iyunun 8-də keçirilən imtahanını dəyərləndirən gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, növbəti mərhələyə 300 nəfər keçəcək:
“Əyani mərhələnin birinci turu olan qabiliyyət imtahanında iştirak edən 3801 namizəddən 1311 nəfəri idarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb. Həmçinin 68 apelyasiya olmuşdu. İyulun 1-ci həftəsində yarımfinal mərhələsi olacaq. Oradan 100 nəfər finala yüksələcək”.


