2024-cü ilin yayında baş verəcək isti hava dalğaları yağış artımına səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, bu barədə türkiyəli professor Şermin Tağıl “TRT Haber”ə danışıb.
O bildirib ki, dəniz səthinin yüksək temperaturu qeyri-sabit hava şəraitinə gətirib çıxaracaq:
“Bu qeyri-sabit hava şəraitinin qəfil yağışlara səbəb olacağını gözləyirik. Yağışlar və yüksək temperatur bir araya gələndə qızmar hava şəraiti yaranır.
2023-cü ilin yayında olduğu kimi bu yayda da yüksələcək dəniz səthi temperaturlarının hava şəraitində mühüm rol oynaya bilər.
Bu o deməkdir ki, böyük temperatur dalğalanmaları və ekstremal hava hadisələri baş verə bilər”.
Aysu Demokrat.az


