Hadisə Özəl

Şagirdləri daşıyan avtobus aşdı: 6 ölü

Şagirdləri daşıyan avtobus aşdı: 6 ölü

Suriyanın şimal-qərbindəki İdlib vilayətində şagirdləri daşıyan avtobus Orontes çayına aşıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 6 nəfər həyatını itirib, çoxlu sayda uşaq isə yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım maşınları və xilasetmə qrupları göndərilib.

Axtarış-xilasetmə işləri davam edərkən, yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova