Dünya

Gürcüstan-Rusiya yolu bağlandı — Gömrükçülər təxliyə edildi

Gürcüstan-Rusiya yolu bağlandı — Gömrükçülər təxliyə edildi

Gürcüstandan Rusiyaya gedən yol hər iki istiqamətdə bütün nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Demokrat.azxarici KİV-ə istinadən xəbər verir ki, qar uçqunu səbəbindən beynəlxalq əhəmiyyətli Mtskheta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində hərəkət dayandırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə isə, Gürcüstan-Rusiya sərhədində “Daryal” gömrük-sərhəd buraxılış məntəqəsinin bütün əməkdaşları təxliyə edilib. Buna səbəb isə Devdoraki çayında suyun səviyyəsinin artması olub. Vəziyyətlə tanış olmaq üçün sərhəd polisinin helikopteri əraziyə göndərilib.

D
demokrat.az