Gündəm Özəl

Avropa Parlamentində daha bir rüşvət faktı ortaya çıxdı — Qalmaqal böyüyür…

Avropa Parlamentində daha bir rüşvət faktı ortaya çıxdı — Qalmaqal böyüyür…

Avropa Parlamentində (AP) növbəti dəfə rüşvət qalmaqalı ortaya çıxıb. Əslində təəccüblü deyil, çünki Avroparlamentin fəaliyyətində belə hallar ənənəyə çevrilib. AP-də təmsil olunn deputatlar mütəmadi olaraq lobbiçilik fəaliyyəti və rüşvət qalmaqalı ilə gündəmə gəlirlər.

“Russiagate” işi ilə bağı ortaya çıxan faktlar da Avropa Parlamentinin gerçək üzünü ifşa edir. Belçika polisi və alman müstəntiqləri Almaniyada aparılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının (EPP) Brüsseldəki qərargahında axtarış aparıblar. Qeyd etmək lazımdır ki, EPP Avropada ən böyük partiyadır və Avropa Parlamentində səs çoxluğuna sahibdir.

Almaniyanın “Thueringer Allgemeine” qəzeti mənbələrə istinadən yazır ki, axtarışlar Almaniya Xristian Demokratlar Partiyasının lideri Mario Foyqtun 2019-cu il Avropa seçkilərində EPP-nin seçki kampaniyasındakı korrupsiya qalmaqalı ilə əlaqədardır. Belə ki, Foyqtun kampaniya zamanı müqavilə bağladığı internet şirkətindən rüşvət almaqda ittiham olunur. Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və İsveçin Baş naziri Ulf Kristersson kimi tanınmış siyasətçilər də EPP sıralarında təmsil olunur.

Qeyd edək ki, daha öncə də Avropa Parlamentində korrupsiya faktları ortaya çıxıb. 2022-ci ilin dekabrında Belçika polisi Brüsseldə onlarla mənzil və ofisdə axtarış aparıb. AP-nin vitse-prezidenti Eva Kaili də daxil olaqla dörd nəfər həbs olunub. Belçika prokurorluğunun rəsmi məlumatına görə, istintaqa cəlb edilən şəxslər Avropa Parlamentinin qərarlarına təsir göstərmək məqsədilə üçüncü şəxslərə külli miqdarda pul və hədiyyə verməkdə şübhəli bilinirlər.

“Transparency International”ın ötən ay açıqladığı hesabatda isə qeyd olunurdu ki, Avropa Parlamentində təmsil olunan deputatlar Avropa İttifaqının siyasətinə təsir göstərən özəl şirkətlərlə əlaqələrə malikdir və hər il bu işdən 8,6 milyon avrodan çox qazanc əldə edirlər.

Avropa Parlamentində daha bir rüşvət faktı ortaya çıxdı — Qalmaqal böyüyür…

Təşkilatın araşdırmasına görə, AP-nin 705 deputatından üçdə ikisi Brüsselin siyasətinə təsir göstərmək məqsədilə özəl şirkətlərdən pul alır.

Araşdırma nəticəsində məlum olub ki, AP deputatları bir çox hallarda iri korporasiyaların idarə heyətində oturur və qanunverici orqanda qazandıqlarından daha çox qazanırlar. Avroparlamentarilərin aylıq maaşı 10 min avrodur.

Bu faktlar AP-nin qəbul etdiyi qərarların obyektivliyini sual altına salır. Azərbaycanın təcrübəsində bu məqam dəfələrlə özünü göstərib. AP-nin Azərbaycanla bağlı qəbul edilən qətamələri-qərarları adətən qərəzli olur və sifariş əsasında hazırlanır, xüsusilə erməni lobbisi bu məsələdə aktivdir. Ortaya çıxan faktlar Avropa Parlamentinin sadəcə rüşvət yuvasından başqa bir şey olmadığını təsdiq edir.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az