Dünyaca məşhur sosial media platforması olan “X”-ın Türkiyədə rəsmi nümayəndəliyi açılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdülkadir Uraloğlu açıqlama verib.
O bildirib ki, platformaya təmsilçi təyin olunmadığı üçüb reklam qadağası tətbiq edilib:
“Bu tədbir nisbətən təsirli oldu. Və bunun nəticəsində sözügedən sosial media platforması ölkəmizdə nümayəndəliyini açdı. Bu nümayəndəlik açılmasaydı, şirkət müxtəlif cəzalara məruz qalacaqdı”.
Aysu Demokrat.az


