Dünya Özəl

Yanacaqdoldurma məntəqəsində yanğın: Ölən var

Yanacaqdoldurma məntəqəsində yanğın: Ölən var

Türkiyənin Sakarya vilayətində yanacaqdoldurma məntəqəsində naməlum səbəbdən yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər işçi yanaraq həlak olub, digəri isə yaralanıb.

Əraziyə təcili tibbi yardım, polis və yanğınsöndürmə qrupları göndərilib.

Yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda yanğının səbəbləri araşdırılır.

Aysu Demokrat.az

D
demokrat.az