Azərbaycanda aliment ödəyicilərinin sayı açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında qeyd olunub ki, ölkədə 91 min 196 aliment ödəyicisi var. Məlumata görə 2022‐ci illə müqayisədə aliment ödəyicilərinin sayı artıb. Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa, o da qeyd olunub ki, borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Demokrat.az-a açıqlamasında sadalanan faktlarla yanaşı aliment ödənişlərinin gecikməsi ilə bağlı digər məqamların da olduğunu deyib: 
“Bu faktlar da var. Amma əksər vaxt aliment ödənişinin gecikdirilməsi qəsdən baş verir. Məqsəd qarşı tərəfə əzab vermək, süründürmək olur. Alimentin gecikdirilməsi iqtisadi zorakılığın meyarlarını tətbiq etmək, uşağın geri alınması üçün basqılarla müşaiyət edilir. Tərəf alimenti ödəmir ki, qarşındakını özündən asılı vəziyyətə salsın. Bəzi hallarda zorakı yolla alimentdən imtina tələbi də qoyulur”.
Törə Zeynallı Demokrat.az


