Sosial Özəl

"Yaxşı olardı ki, daha az yanacaq sərf edən avtobus və tramvaylar istifadəyə verilsin" — Ekspert

Yaxşı olardı ki, daha az yanacaq sərf edən avtobus və tramvaylar istifadəyə verilsin — Ekspert

Xəbər verdiyimiz kimi, Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun sözlərinə görə, nəqliyyat planında nəzərdə tutulan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus deposunun yaradılması üzrə planlaşdırılan işlər və təkliflər əksini tapıb.

Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında Xankəndi şəhərinin nəqliyyat planının hazırlanmasının sevindirici hal olduğunu deyib:

“Gələcəkdə işğaldan azad olunmuş bütün ərazilərimizdə müasir nəqliyyat infrastrukturu qurulacaq. Xankəndi şəhəri də daxil olmaqla digər şəhər və qəsəbələrimizdə nəqliyyat sahəsində qurulucuq işləri gedəcək. Xankəndi şəhərində avtovağzalın olması, marşurt xətlərinin təyin olunması və dayanacaqların hansı ərazilərdə olacağı təkliflərdən, həmçinin nəqliyyat istifadəçilərinin sayından asılıdır. Yaxşı olar ki, gələcəkdə Azərbaycanın bütün şəhər və iri yaşayış məntəqələrində, qəsəbələrində daha az yanacaq sərf edən avtobus və tramvaylar istifadəyə verilsin. Bunun üçün də birinci növbədə əhalinin rifahının yüksəldilməsi istiqamətində addımlar atılmalıdır. Təbii ki, iş yerlərinin açılması, müvafiq olaraq nəqliyyat subyektlərinin təyini də bu işlərə daxildir. Ölkəmizdə nəqliyyat infrastrukturunda yenidənqurma və fəaliyyət iş prinsipləri yenə də buna dəlalət edir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova