Əfqanıstanın Herat əyalətində məscidə namaz vaxtı silahlı hücum edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Taliban administrasiyasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 6 nəfər həyatını itirib.
Hücumda kalaşnikov markalı silahdan istifadə olunduğu öyrənilib.
Qeyd edək ki, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


