Türkiyənin Qars vilayətində müxtəlif cinayətlər üzrə axtarışda olan 420 nəfər polis tərəfindən saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər arasında 185-i 5 il, 6-sı 5-10 il, 2-si 10 il və daha çox müddətə azadlıqdan məhrum edilən qaçaqlar da yer alıb.
Saxlanılanlar ədliyyə orqanlarına təhvil verilib.
Təhlükəsizlik qüvvələrinin axtarış əməliyyatlarının davam etdiyi bildirilib.
Aysu Demokrat.az


