Media

Jurnalist övladları imtahanlarda neçə bal topladılar? — SİYAHI (FOTOLAR)

Jurnalist övladları imtahanlarda neçə bal topladılar? — SİYAHI (FOTOLAR)

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 və 10 mart 2024-cü il tarixlərində keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib.

Beləliklə 100 mindən çox 11-ci sinif şagirdinin iştirak etdiyi buraxılış imtahanları kimin neçə bal topladığına aydınlıq gətirdi.

Qeyd edək ki, buraxılış imtahanları ali məktəblərə qəbulun 1-ci mərhələsidir.

Demokrat.az xəbər verir ki, builki buraxılış imtahanlarının iştirakçıları arasında jurnalist övladları da var.

Jurnalist övladları imtahanlarda neçə bal topladılar? — SİYAHI (FOTOLAR)

“Avtosfer.az” saytının bar redaktoru Elməddin Muradlının oğlu Turğut buraxılış imtahanında 265 bal toplayıb.

Jurnalist övladları imtahanlarda neçə bal topladılar? — SİYAHI (FOTOLAR)

“Pressklub.az” saytının əməkdaşı Elçin Rüstəmlinin qızı Aysunun nəticəsi daha yüksək olub – 297,5 bal.

Jurnalist övladları imtahanlarda neçə bal topladılar? — SİYAHI (FOTOLAR)

“Missiya.az” saytının baş redaktoru Nicat Hüseynin oğlu Mirseymur 273 bala imza atıb:

“İnşallah blok imtahanında da yüksək nəticə göstərər. Hədəfimiz ümumilikdə minimum 600-dür”, - N.Dağlar oğlunun nəticəsi barədə deyib.

Jurnalist övladları imtahanlarda neçə bal topladılar? — SİYAHI (FOTOLAR)

“Yenisabah.az” saytının rəhbəri Elnur Məmmədli ilə APA-nın redaktoru Nigar Məmmədli cütlüyünün qızı Nuray 252,7 bal toplayıb. Nurayı təbrik edən jurnalist valideynləri onun ali məktəblərə qarşıdakı qəbul imtahanlarında daha yükdək nəticə qazanacağına əminliklərini bildiriblər.

Jurnalist övladları imtahanlarda neçə bal topladılar? — SİYAHI (FOTOLAR)

Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın qızı Ceyran buraxılış imtahanında yüksək nəticə göstərərək həm də qırmızı attestata layiq görüləcək.

“Mənə böyük fərəh hissi yaşatdığına görə, minnətdaram xanım-xatın qızım, Ceyran!”, - deyə Sara Əzimova sevincini bölüşüb.

QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadənin qızı Günel 276 bal toplamaqla ali məktəbə qəbul yolunda uğurlu addım atıb. (Modern.az)

D
demokrat.az