Cənubi Koreya “SpaceX” tərəfindən istehsal edilən “Falcon 9” raketinin daşıdığı ikinci casus peykinin orbitə buraxıldığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılan peyk təxminən 45 dəqiqə sonra orbitə daxil olub.
Peyk buraxılışdan təxminən 2 saat 40 dəqiqə sonra yerüstü stansiya ilə əlaqə saxlayıb.
Nazirlikdən həmçinin bildirilib ki, Şimali Koreya da bu ay ikinci casus peykini orbitə çıxara bilər.
Aysu Demokrat.az


