Sosial Özəl

“Azəriqaz”: 255 minə yaxın mənzildə texniki müayinə aparılıb

“Azəriqaz”: 255 minə yaxın mənzildə texniki müayinə aparılıb

“İlin ilk 3 ayı ərzində, ölkə ərazisindəki yaşayış məntəqələrində 255 minə yaxın texniki müayinə keçirilib”.

Demokrat.az-ın xəbərinə görə, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib.

Şöbə rəisinin açıqlamasına görə, aparılan texniki müayinələr zamanı bir sıra çatışmazlıqlar ortaya çıxıb:

“Ümumi yoxlanışlar nəticəsində 90 mindən yuxarı mənzildə 108 min nöqsan və ya pozuntu aşkarlanıb.

Yaşayış məntəqələrində qaz təminatı ilə bağlı ilkin çatışmazlıqlar, qaz boruları quraşdırılan otaqların normativlərə uyğun olmaması və ya kənar müdaxilələrin olması, vanna otaqlarına quraşdırılan isitmə qurğularının istifadə müddətini başa vurması və istismar olunması, ən əsası isə tüstü bacasının olmamasıdır”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova