Martın 24-də xəstəxanaya yerləşdirilən məşhur aktyor Kadir İnanır evə buraxılıb.
Demokrat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Bildirilib ki, vəziyyəti günü-gündən yaxşılaşan "Yeşilçam"ın usta aktyoru nəhayət evə buraxılıb.
Qeyd edək ki, beynindəki laxtalanma nəticəsində xəstəxanaya çatdırılan Kadir İnanır bir müddət əvvəl reanimasiyadan çıxarılaraq nevrologiya şöbəsinə aparılıb.
74 yaşlı aktyor çərşənbə günü, martın 27-də həkimlərin səyi ilə ayılaraq sağalmağa başlayıb.
Aysu Demokrat.az


