4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür. Bu müstəvidə Hikmət Hacıyev bildirib ki, minalar, müharibənin partlayıcı qalıqları məcburi köçkünlərin geri qayıtmasına mane olur. Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın işğaldan azad edilmiş əraziləri Ermənistan tərəfindən minalarla sıx şəkildə çirklənib. Bəs çirklənmiş ərazilərdə yenidən həyatın canlanması nə zaman gözlənilir?
Mövzu ilə bağlı “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu Demokrat.az-a açıqlama verib.
O bildirib ki, Ermənistanın həyata keçirdiyi mina terrorunun miqyası ölçüyəgəlməzdir:

“Hazırda biz Azərbaycanın ən çox minadan zərərçəkənlərinin məşkunlaşdığı Tərtər rayonundayıq. Ağac əkmə aksiyası keçirik. Hikmət müəllim olduqca düz deyir. Həqiqətən də məcburi köçkünlər minalara görə öz torpaqlarına geri dönə bilmirlər. Minalar böyük qayıdışa çox ciddi mane törədir. Hazırda ANAMA-nın rəhbərliyi ilə işğaldana azad olunmuş ərazilərdə mina və patlamamışam hərbi-sursatlardan təmizlənmə prosesi gedir. Bunlar hamısı olduqca böyük işlərdir. Lakin arzu edərdik ki, böyük dövlətlər, dünya ictimaiyyəti bilsin ki, Azərbaycan ərazisi mina və patlamamışam hərbi-sursatlarla çirkənlənib. Ölkəmizin buna görə dəstəyə ehtiyacı var. Həmçinin Ermənistanın qınanılması lazımdır. Təəssüflər olsun ki, Ermənistan daim Avropa və Qərb dövlətləri tərəfindən qayğı ilə əhatə olunur”.
Hazırda Tərtərdə ağacəkmə aksiyası keçirilir. Ardınca böyük bir toplantı olacaq. Mina partlayışları zamanı yaralananlar, həyatını itirənlər və onların yaxınları burada iştirak edəcək. ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev və üzvlər, həmçinin Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri Hafiz Səfixanov, “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi bu kampaniyada fəal iştirak edirlər. Digər ərazilərdə də aksiyalar davam etdiriləcək.
Törə Zeynallı Demokrat.az


