Kriminal Özəl

Müğənni arvadını öldürən şəxsə hökm oxundu

Müğənni arvadını öldürən şəxsə hökm oxundu

Müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı Anar Həşimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Anar Həşimov 17 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror Anar Həşimovun 19 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Daha sonra ittiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib.

İttiham nitqi ilə çıxış edən prokuror Anar Həşimovun 19 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Daha sonra vəkil müdafiə nitqi ilə çıxış edib.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən qayıdan hakimlər hökmü elan edib.

Hökmə əsasən, Anar Həşimov 17 il müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq, həmin telefonun "Whatsapp" proqramında bir neçə şəxslə qarşılıqlı şəkildə mesajlar yazdığını müəyyən edib.

Yaqut Həşimova iradlarını qəbul etməyərək, onun işlərinə qarışmamasını tələb edib.

Bundan sonra aralarında baş vermiş mübahisə zamanı Anar Həşimov qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovaya işgəncə verməklə, xüsusi amansızlıqla qəsdən öldürmək maqsədilə əvəlcə xüsusi zərbələr yetirmək üçün mənzilin yataq otağında olan bakalla müğənni yoldaşının baş nahiyəsindən 2 dəfə vurub.

Daha sonra onun hərəkətlərindən qorxaraq mənzilin yataq otağında küncə çəkilmiş Yaqut Həşimova həyatda qalması üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq, ona bıçaqla zərbələr vurub, sonra boğaz nahiyyəsini kəsib.

Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Hadisəni törətməkdə təqsirli bilinən Anar Həşimov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Anar Həşimovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az