Bu il Azərbaycandan ən çox ixrac edilən üç məhsul bəlli olub. 2024-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (34,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (33,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (30 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Bunun iqtisadiyyatıma təsiri necədir?
Yerli bazarda qiymətlərə təsir edə bilərmi?
Məsələ ilə bağlı iqtisadçı eksperti Eldəniz Əmirov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun artması ölkə iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edir:
“Ölkə iqtisadiyyatının və əhalinin gələcək rifahı bu faktordan aslıdır. Ona görə də ölkədə qeyri-neft sektorunun artımı birmənalı olaraq sevindirici haldır. Ölkə valyuta axının təmin olunması uzun dövrlərdir ki, böyük şəkildə neft pullarından aslıdır. Hazırda qeyri-neft ixracının artması yaxşı haldır. Ölkə üçün çox strateji əhəmiyyətə malik olan faktordur.
İxracdan gələn məbləğ birbaşa idxalı dəstəkləyir. Yeni bazarların tapılması, ixracın formalaşdırılması, əlaqələrin qurulması çox çətindir. İxracın artması daxili bazara ciddi təsir göstərməyəcək. Onsuz sahibkarın öz qərarı var. Məhsulunu hansı bazarda yaxşı sata bilirsə, orada da satacaq.
Əgər yerli bazarda bahalaşma olarsa, sahibkar bu zaman məhsulunu daxili bazara çıxaracaq. Bu tamamilə doğru yanaşmadır. İxracın artması daxili bazara təhdid yaratmır”.
Törə Zeynallı Demokrat.az


