Türkiyədə idarəetmədən çıxan motosiklet bir neçə piyadanı vurub.
Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Antalya şəhərində baş verib.
Qəza yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.
Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2-nin isə yaralandığı müəyyən edilib.
Yaralılar xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


