Yardımlı rayonunda 1956-ci il təvəllüdlü Ağali Qasımov 2-ci Qarabağ müharibəsinin veteranı Sadiqin atasına qarşı dələduzluq edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ağali “Ə.Y.Xurşudov" adına Alçabulaq kənd tam orta məktəbinin direktoru vəzfəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədi ilə həmkəndlisinin etibarından sui-istifadə edib və oğlu Sadiqi Alçabulaq kənd tam orta məktəbində santexnik vəzifəsinə işə düzəldəcəyini yalan vəd verib. Aldadaymaql yoluilə 15 noyabr 2021-ci il tarixdə Yardımlı rayonu Alçabulaq kəndi ərazisində 2550 manat pulunu ələ keçirib.
Hadisəni törədən Ağalinin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ağali ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1992-ci ildən 2022-ci ilin avqust ayınadək Yardımlı rayon Alçabulaq kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyib: “Qardaşım xərçəng xəstəliyindən əziyyət çəkmişəm. Onun xəstəliyi ilə əlaqədar bütün xərcləri mən çəkmişəm. Lakin, son dövrdə xəstə qardaşımın müalicə xərclərini ödəməkdə çətinlik çəkmişəm. Həmin vaxt həmkəndlim mənə oğlu Sadiqin Alçabulaq kənd tam orta məktəbində işə götürməsini xahiş etdi. Həmin vaxt pula ehtiyacım olduğu üçün Sadiqi məktəbdə işə düzəlməsinə köməklik göstərəcəyini və bunun üçün 2550 manat almışam. İki ay müddətində məsələni həll edəcəyimi bildirdim. Hesab etdim ki, həmin müddətdə Sadiqin işə düzəlməsinə köməklik göstərəcəm və ya pulu geri qaytaracam. Lakin həmin müddətdə Sadiqi işə düzəldə bilmədim. Zərərçəkmiş şəxsə verdiyim 2550 manatı geri istədim. Lakin pulu geri qaytara bilmədiyim üçün zərərçəkmiş şəxs barəmdə şikayət etdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hazırda səhvini başa düşüb hərəkətindən peşman olub, zərərçəkmiş şəxslə barışıq əldə edib və ona vurduğu maddi ziyanı tam ödəyib. O bildirib ki, bundan başqa vurduğu ziyanın 25 faizini dövlət büdcəsinə ödəyib.
Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ağalinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


