Dünya Özəl

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

Türkiyəli məşhur mətbuat işçisi Faruk Türkoğlu dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, iqtisadi jurnalistikanın ustadlarından olan Faruk Türkoğlu bir müddətdir mübarizə apardığı xəstəlik səbəbindən aparıldığı xəstəxanada həyatını itirib.

Jurnalistin dəfn mərasimi bu gün Büyükçekmece Yeni Qəbiristanlığında baş tutacaq.

Qeyd edək ki, Faruk Türkoğlu 1942-ci ildə Isparta Yalvaçda anadan olub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova