Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər 1-2 aprel tarixlərində baş tutacaq.
Səfər çərçivəsində Haluk Görgün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vügar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.


