Türkiyədə bu gün keçirilən bələdiyyə seçkisi çərçivəsində bəzi məntəqələr üzrə ilkin nəticələr açıqlanıb.
Seçki qutularının 22,52 faizi açılıb.
Ölkə üzrə ilkin nəticələrə əsasən CHP liderdir. Kemal Kılıçdaroğlunun partiyası 39,24 faiz səslə irəlidədir.
“AK Parti” isə 38,16 faiz səslə ikincidir.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 57,07 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 49,74 faizlə ilk sıradadır.//Oxu.az


