Qara dənizdə 3,2 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “AFAD” məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında sözügedən bölgədə 3,2 bal gücündə zəlzələ baş verib.
Zəlzələ yerin 5,46 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, yeraltı təkanlar ətraf ərazilərdə hiss olunmayıb.
Aysu Demokrat.az


