Rusiyanın Moskava vilayətinin “Crocus City Hall” konsert kompleksində terror aktı zamanı 133 nəfər həyatını itirib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Terrorçuların atəş açması zamanı xəsarət alanların sayı 154 nəfərə çatıb.
Həlak olanlardan üçü, xəsarət alanlardan isə səkkizi azyaşlılardır.


