Şou-biznes

"Yadınızda saxlayın, bu şeylər məni incitmir, ləzzət edir"

Yadınızda saxlayın, bu şeylər məni incitmir, ləzzət edir

"Oğlum evləndirmək üçün qız axtarıram. Bu haqda nəsə deyəndə dilimin bəlasınadüşürəm. Başlayırlar ağızlarına gələni yazmağa, müzakirə etməyə. Bu şeylərməni incitmir. Yadınızda saxlayın, mənə ləzzət edir. Çünki bilirəm ki, ürəyiniz partlayır. Biz bax, bu zəmanəyə gəlib çatmışıq. Orada axı nə qəbahət var? Hansı qayınana deyər ki, çirkin gəlin axtarıram? Arzu edəndə deyirsən ki, kaş gözəl, ağıllı gəlinim olardı. Başa düşə bilmirəm ki, burada qəbahət nə var?".

Axşam.az xəbər verir ki, bu sözləriƏməkdar artist Könül Kərimova"7 tamam" verilişində deyib. Sənətçi insanları çirkinlikdə gözəllik axtarmamağa çağırıb:

"Bu söhbətlər mənətoxunmur, gülməli bir şeydir. Yazırlar ki, “Könül özü guya gözəl olub ki?” Bəli, özüm gözəl olmamışam, ona görə də gözəl gəlin axtarıram. Heç dəxli var? Başa düşmədim kimi axtamalıyam ki? Ay adamlar, ona görə də çirkinlikdə gözəllik axtarmağı bacarın, gözəllikdə isə çirkinlik axtarmayın. Nəyi axtararsınızsa, o da sizi gəlib tapacaq. Bunu isə əminliklə deyirəm". Səntəçi övladı üçün hələlik heç bir qapıya elçi düşmədiyini bildirib:

"Əlbəttə ki, oğlum Rəşad üçün döymək istədiyim bir qapı var. Amma indi o dövr deyil. Birincioğlumun ürəyincə biriolmalıdır. Qızın ağılı, kamalı, gözəlliyi öz yerində olmalıdır. Hər zaman deyirdim ki, "Ulduz " filmində olan baş rolu canlandıranUlduz kimi oğlum üçün qız istəyirəm. Elə qız tapa bilmirəm. Amma çox təəssüflər olsun ki, bəzən həyat çox yalnış insanlarla qovuşdurur".

NE
Nihadə Eyyubova