Dünya Özəl

Əfqanıstanda əlverişsiz hava ölümlə nəticələndi

Əfqanıstanda əlverişsiz hava ölümlə nəticələndi

Əfqanıstanda son 25 gündə əlverişsiz hava şəraiti səbəbindən 60-dan çox insan həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyi məlumat yayıb.

Məlumatda, son 25 gündə güclü qar nəticəsində ən azı 60 nəfərin həyatını itirdiyi, 34 nəfərin isə yaralandığı bildirilib.

Həmçinin, 1600-dən çox evin zərər gördüyü və minlərlə heyvanın tələf olduğunu açıqlanıb.

Digər tərəfdən, ölkənin mərkəzi və şimal bölgələrində, Bamyan, Sar-e Pol, Nuristan kimi bir çox əyalətdə yollar nəqliyyata bağlanıb.

Qeyd edək ki, ötən il Əfqanıstanda əlverişsiz hava şəraiti səbəbindən 200-ə yaxın insan həyatını itirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova