Dünya Özəl

Meksikada quyudan çoxlu sayda insan sümüyü tapıldı

Meksikada quyudan çoxlu sayda insan sümüyü tapıldı

Meksikanın Miçoakan əyalətində gizli çuxurda aparılan qazıntılar nəticəsində 132 nəfərə məxsus sümüklər aşkar edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.

Məlumata görə, əyalətin Takambaro qəsəbəsindəki çöl ərazidə qazıntı işləri aparılıb.

Aparılan işlər nəticəsində gizli çuxurdan 132 nəfərə məxsus sümüklər çıxarılıb.

Sümüklər şəxsiyyətin müəyyənləşdirilməsi işləri üçün Ədliyyə Tibb Mərkəzinə aparılıb.

Dövlət Prokurorluğundan verilən açıqlamada ərazidə qazıntı işlərinin davam etdiriləcəyi bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova