ABŞ ordusu Suriyanın Həsəkə və Deyr əz-Zor əyalətlərindəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.
ABŞ əsgərlərini daşıyan 5-i “Bradley” tipli zirehli maşın da daxil olmaqla 40 maşından ibarət karvan əvvəlcə Hasəkə vilayətinin Rumeylan qəsəbəsindəki hərbi bazaya gəlib.
Yanacaq tankerləri, tibbi ləvazimatlar və alçaq hündürlükdə hava hücumundan müdafiə radarlarından ibarət karvan daha sonra Ömər neft yatağındakı bazaya doğru hərəkət edib.
Aysu Demokrat.az


