Türkiyə ordusunun son bir həftədə həyata keçirdiyi əməliyyatlarda daha 63 terrorçu zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son bir həftədə İŞİD və FETÖ başda olmaqla terror təşkilatlarına qarşı aparılan əməliyyatlarda daha 63 terrorçu zərərsizləşdirilib:
“2024-cü il yanvarın 1-dən bu günədək zərərsizləşdirilən terrorçuların sayı 582-yə çatıb.
Onlardan 229-u İraqın şimalında, 353-ü isə Suriyanın şimalında keçirilən əməliyyatlarda zərərsizləşdirilib.
Bundan əlavə, Suriyada sabitliyin qorunması və suriyalıların təhlükəsiz mühitə qaytarılmasının təmin edilməsi üçün səylər davam edir”.
Aysu Demokrat.az


