Region Özəl

Paşinyan hökumətində gərginlik — Xarici işlər naziri Baş nazirə qarşı

Paşinyan hökumətində gərginlik — Xarici işlər naziri Baş nazirə qarşı

Ermənistanın Baş naziri Nikol Paşinyanla xarici işlər naziri Ararat Mirzoyan arasında gərginlik yaşanır. Bu barədə yerli “Hraparak” nəşri yazıb. Qeyd olunub ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasında xarici işlər naziri Ararat Mirzoyandan dərin məyusluq var, komandada bəziləri onu müstəqilliyinə və prinsiplərinə görə Paşinyanın əvəzedicisi hesab edirdilər. Lakin Mirzoyanın partiyanın son iclaslarında tutduğu mövqe və davranışı partiya üzvlərini məyus edib: “Ararat Mirzoyan bütün addımlarını Paşinyanla razılaşdırır və hətta dar çərçivədə fikir ayrılığını gizlətmədiyi məsələlərdə də ona qarşı çıxmağa belə cəhd etmir. Deyirlər ki, yeri gəlmişkən, Mirzoyan da Ermənistanın Azərbaycanın tələbi ilə konstitusiyanı dəyişməsinin, üstəlik, müstəqillik bəyannaməsinə istinadı aradan qaldırmasının əleyhinədir”, - deyə nəşr bildirib.

Politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında deyib ki, Paşinyanın indiki vəziyyətdə hökumətin digər üzvlərinin fikri ilə hərəkət etməsi inandırıcı deyil:

Paşinyan hökumətində gərginlik — Xarici işlər naziri Baş nazirə qarşı

“Mirzoyanın da elə bir güclü nüfuzu yoxdur ki, Paşinyana və onun hökumətinə təsir edə bilsin. Bəzi məsələlərdə fikir ayrılığı ola bilər, amma düşünmürəm ki, bu, konstitusiya dəyişikliklərinin baş verməsinə və ya sülh müqaviləsinin imzalanmasına təsir etsin. Ola bilər ki, Mirzoyan beynəlxalq müstəvidə konstitusiya dəyişikliklərinə veriləcək reaksiyanı və ya sülh müqaviləsinin imzalanıb-imzalanmamasının fayda və ziyanlarını Paşinyanla müzakirə edir. Amma son nəticədə onun proseslərə təsir edə bilməsi və Paşinyanın fikirlərini dəyişdirəcəyi inandırıcı deyil”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova