Hadisə Özəl

Bakıda gənc oğlan arvadını döydü — TƏFƏRRÜAT

Bakıda gənc oğlan arvadını döydü — TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1999-cu il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 21-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Elşən Ramana qəsəbəsid yaşadığı evin yataq otağında olarkən arvadı Vüsalənin ondan ayrılmaq istəməsi səbəbindən ailə-məişət zəminində yaranmış mübahisə zamanı əli ilə qəsədən vuraraq, ona xəsarətlər yetirib.

Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, törətdiyi əməldən peşman olduğunu, arvadı iləı barışdığını deyib.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elşənin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az