Yunanıstanın baş naziri Kiryakos Miçotakis may ayında Türkiyəyə səfər etməyi planlaşdırır.
Demokrat.az xəbər verir ki, Baş nazir bu barədə “Skai TV”yə məlumat verib.
Ankaraya səfər etməyi planlaşdırdığını deyən Baş nazir, “Rəcəb Tayyib Ərdoğanın səfərinə qarşılıq olaraq may ayında Ankarada olacağam",-deyə əlavə edib:
"Türkiyə rəhbərliyi gərginliyi aradan qaldırmaq üçün səmimi istəyini nümayiş etdirir. Gərginlik dedikdə, iqtisadi zonanın delimitasiyası ilə bağlı fikir ayrılığımızı nəzərdə tuturam.
Lakin bunu həll edə bilməsək də, başqa şəkildə razılaşa bilərik", - Miçotakis qeyd edib.
Aysu Demokrat.az


