Hadisə Özəl

Yol qəzası: Ölən və yaralananlar var

Yol qəzası: Ölən və yaralananlar var

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 1-i ağır olmaqla 3 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin İzmir vilayətində baş verib.

Qəza yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.

İlkin baxış zamanı qəzada 1 nəfərin öldüyü, 3-nün isə yaralandığı öyrənilib.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, 1-nin vəziyyəti ağır olaraq qalır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova