Region Özəl

Tanınmış aktyor yenidən əməliyyat olundu

Tanınmış aktyor yenidən əməliyyat olundu

Türkiyəli məşhur aktyor Səttar Tanrıöğen 3-cü dəfə əməliyyat edilib.

Demokrat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Bildirilib ki, bu həftə xəstəxanadan evə buraxılacaq türkiyəli aktyorun səhhəti yenidən pisləşib.

Müayinələr nəticəsində onun yenidən əməliyyat olunmasına qərar verilib.

Aktyorun müalicəsi bir müddət xəstəxanada davam edəcək.

Qeyd edək ki, sənətçi beyninə anidən qan sızması səbəbindən əməliyyat olunmuşdu.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova